"Mançester Yunayted"in ingilis futbolçusu Markus Reşford karyerasını başqa klubda davam etdirə bilər.
"Operativ Media" xəbər verir ki, bu haqda futbolçunun özü jurnalistlərə açıqlamasında bildirib.
O, yeni bir başlanğıca hazır olduğunu söyləyib.
"Mançester Yunayted"i tərk etdikdən sonra da məndən mənfi nəsə eşitməyəcəksiniz. Komandanı tərk etdiyimdə heç kimdən inciməyəcəm".
Qeyd edək ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim də Reşfordu planlarına daxil etməyib.