Qırğızıstan Prezidenti Sadır Japarov Adılbek Kasımaliyevi Baş nazir vəzifəsinə təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan liderinin Mətbuat xidməti yayıb.
Japarovun sərəncamı ilə A.Kasımaliyev respublikanın Nazirlər Kabinetinin rəhbəri – Prezident Administrasiyasının sədri təyin olunub.
Xatırladaq ki, Japarov dekabrın 16-da Akılbek Japarovu Baş nazir vəzifəsindən azad etmişdi.