EN

Qırğızıstan Nazirlər Kabinetinin yeni sədri təyin edilib

Bakı. Trend:

Qırğızıstan Nazirlər Kabinetinin yeni sədri Adilbek Kasımaliyevtəyin edilib.

Trend xəbər verir ki, bubarədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq fərmanı Qırğızıstan Prezidenti SadırJaparov imzalayıb.

"Kasımaliyev Adılbek Aleşoviç Qırğızıstan RespublikasınınNazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbərivəzifəsinə təyin edilsin", - fərmanda qeyd edilib.

Həmçinin, Daniyar Amanqeldiyevin Nazirlər Kabineti sədrininbirinci müavini, Bakıt Sıdıkovun isə iqtisadiyyat və ticarət nazirivəzifələrinə təyinatı ilə bağlı fərmanlar imzalanıb.

Qeyd edək ki, 16 dekabr tarixində Akılbek Japarovun NazirlərKabinetinin rəhbəri vəzifəsindən istefa verərək başqa bir işəkeçəcəyi məlum olmuşdu. Nazirlər Kabinetinin sədrininsəlahiyyətlərini müvəqqəti olaraq baş nazirin birinci müaviniA.Kasımaliyev icra edirdi. İqtisadiyyat və ticarət naziri olanD.Amanqeldiyev isə Nazirlər Kabineti sədrinin birinci müavinivəzifəsinə yüksəlmişdi.

Adılbek Kasımaliyev 1960-cı ildə anadan olub. O, LeninqradMaliyyə-İqtisad İnstitutunda iqtisadçı təhsili alıb. 1990-cı ildənvergi sahəsində çalışıb. 2010–2011-ci illərdə Qırğızıstan hökumətiyanında Dövlət Vergi Xidmətinə rəhbərlik edib. Daha sonraİqtisadiyyat Nazirliyində çalışıb. 2015–2018-ci illərdə MaliyyəNazirliyinə rəhbərlik edib, 2022-ci ildə isə baş nazirin birincimüavini vəzifəsini icra edib.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources