EN

"Tezliklə Vəkillər Kollegiyasının yeni baş ofisi istifadəyə veriləcək"

“Tezliklə Vəkillər Kollegiyasının yeni baş ofisi istifadəyə veriləcək”.
 
E-huquq.az-xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

“Bu gün hüquq təsisatları arasında ən çox hüquqşünasın birləşdiyi təşkilat məhz Vəkillər Kollegiyasıdır. Kollegiyada 2500-dən çox vəkil fəaliyət göstərir. Təəssüf ki, Vəkillər Kollegiyası bu gün icarədə olan binada yerləşir, Rəyasət Heyətinin normal şəraiti yoxdur. Orada bizim tədbirlər, görüşlər keçirməyə əlverişli imkanımız yoxdur. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Nazirlər Kabineti tərəfindən bizə yeni bir bina ayrılıb. Həmin binada öz hesabımıza təmir-tikinti işləri aparacağıq. Layihə-smeta sənədləri dövlət qurumlarında razılaşdırılıb, tender elan edilib. Yaxın zamanda bununla bağlı konkret işə başlamaq niyyətindəyik. Vəkillərə və ictimaiyyətə bu barədə məlumat veriləcək. Ümid edirəm ki, yaxın bir il ərzində Vəkillər Kollegiyasının Bakı şəhərində müasir tələblərə cavab verən baş ofisi istifadəyə veriləcək”, - deyə sədr əlavə edib.

Şəbnəm Mehdizadə
Chosen
25
e-huquq.az

1Sources