EN

Bu ailələr evlərini uşaq bağçasına çevirə biləcəklər

Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin əhatə dairəsinin artırılması məqsədilə “Ailə tipli təlim qrupları” layihəsi icra dediləcək.

AzEdu.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, yeni layihədə məktəbəqədər yaşlı uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq həvalə edilir.

“Öyrənmə qutusu”nda hər kəs öz uşağı ilə məşğul olurdu, amma bu modeldə bir ana öz uşağı ilə yanaşı, qonşu uşaqlarla da məşğul olur, yəni ana həm də bir müəllimə çevrilir. Bu model də bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, amma məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək", - deyə şöbə müdiri qeyd edib.

İlahə Rəsulova qeyd edib ki, sadəcə ana deyil, seçilən evin şəraiti ilə də maraqlanırlar.

"Evdə uyğun şərait varmı, təhlükəsizlik tələblərinə cavab verirmi? Otağın işıqlanması, ailə üzvlərinin sayı araşdırılır. “Ailə tipli təlim qrupları” modelində bu məsələlər nəzərə alınır", - deyə o əlavə edib.

Chosen
13
8
azedu.az

9Sources