İranın bəzi bölgələrində qaz çatışmazlığı və havanın çirkliliyinin davam etməsi ardıcıl olaraq üçüncü gündür ki, əksər əyalətlərdə məktəblərin və iş yerlərinin bağlanmasına səbəb olub.
Məlumata görə qeyd edilən səbəbə görə Tehran, Əlburz, İlam, Hörmüzqan, Mərkəzi, , Luristan, Fars, Yəzd, Həmədan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Şimali Xorasan, Şərqi Azərbaycan, Mazandaran, Semnan, Sistan və Bəlucistan , Qəzvin, Zəncan, Ərdəbil, Kürdüstan, İsfahan, Qum, Kirmanşah, Qərbi Azərbaycan və Gülüstan əyalətlərində məktəblərin və bir sıra ofislərin fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Əlavə olaraq İranın bir sıra əyalətlərində tempuraturun kəskin aşağı düşməsi təbii qaza olan tələbi də artırıb. Nəticə olaraq ölkədə məktəblərin isidilməsi üçün qaz çatışmazlığı yaşanır.
Tehran valisinin inşaat mühəndisliyi üzrə müavini Mir Məhəmməd Qərəvi əyalətdə məktəblər, banklar və ofislərin bağlandığını elan edərək, soyuq havanın təbii qaza olan tələbi 10% artırdığını bildirib.
Tehran valisi Məhəmməd Sadiq Mötəmadi isə qaz kəsintilərinin qabaqcadan öngörülə bilmədiyini, kəsintilərə gündəlik olaraq qərar verildiyini bildirib. O, vəziyyətin 10 günə stabilləşəcəyinə dair söz verib.
visiontv.az