EN

İran XİN: Suriyanın borcunu yeni hökumət ödəyəcək

Suriyanın İrana olan borcunun 50 milyard dollar olması şişirdilmiş rəqəmdir.

Yenisabah.az SNN-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai deyib.

O, məsələnin izahında deyib: "Suriyanın İrana olan borcunun 50 milyard dollar olması şişirdilmiş rəqəmlərdir. Amma iki ölkə arasında bağlanan müqavilələr, sazişlər və anlaşma memorandumları iki ölkə,və ya iki hökumət arasındadır, hansısa iki qrup arasında deyil. Ona görə də bütün bu öhdəliklər və vəzifələr iki ölkə arasında mövcuddur və aradan qalxmır. Hər hansı bir ölkədə mövcud sistem və idarəçilik beynəlxalq hüququn qəbul olunmuş prinsipə görə, varisliyi əsas götürürü, yəni hüquq və vəzifələr birindən o birinə ötürülür. Bu, şübhəsiz ki, gündəmimizdə qalacaq mövzulardan biridir".


Telegram kanalımız
Chosen
41
yenisabah.az

1Sources