EN

Zaxarova: Rusiya Suriyanın yeni hakimiyyət orqanlarına nəzarət edir

Rusiya Federasiyası Suriyanın yeni hakimiyyət orqanlarının irəli sürdüyü tapşırıqların icrasına nəzarət edəcək.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz yeni yaranan hakimiyyət nümayəndələrinin dövlət aparatının fəaliyyətinin qurulmasını, asayişin, təhlükəsizliyin təmin edilməsini izləyirik. Tapşırıqlar həqiqətən də son dərəcə vacib görünür. Biz onların praktikada necə həyata keçiriləcəyini yaxından izləyəcəyik”, - deyə Zaxarova bildirib.

1Sources