EN

2024-cü ildə Azərbaycanda tibb müəssisələrinə neçə müraciət qeydə alınıb?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. Pilot layihə olaraq, onlayn növbə sistemi "Yeni Klinika"da tətbiq olunur. Daha beş tibb müəssisəsində isə hazırlıq prosesi davam edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, 2024-cü il ərzində vətəndaşlar bir milyondan çox canlı növbə, 80 000-ə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər:
"Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə olunması da Azərbaycan səhiyyəsinin uğurlarındandır.
Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması da əsas prioritetlərimizdəndir. Bu sahədə artıq kifayət qədər iş görülüb. Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır. Ümumiyyətlə bütün yeniliklər, səhiyyə idarəetməsindəki müasir tendensiyalar gün ərzində panel müzakirələrdə əhatə olunacaq. Mən 2024-cü il ərzində TƏBİB-in tabeli tibb müəssisələrinə edilən müraciətlərlə bağlı statistikanı sizinlə bölüşmək istəyirəm. 2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib".
Direktor əlavə edib ki, bunlar kifayət qədər böyük rəqəmlərdir:
"Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz də işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevrilib. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib".
"İdarəetmə potensialının gücləndirilməsi, resursların effektiv idarəolunması, xidmət standartları çərçivələrinin yaradılması, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması üçün atılan addımlar sırasında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirmə prosesinin uğurla aparılaraq yekunlaşdırılması, Respublika Pediatriya Mərkəzi, Rəqəmsal Tibbi Həllər, İnnovasiya və Təchizat Mərkəzinin yaradılmasını da göstərə bilərəm", - deyə V.Qurbanov bildirib.
Məhərrəm Əliyev
Chosen
28
oxu.az

1Sources