EN

Von der Leyen Suriyadakı keçid hökümətinin atdığı addımları ümidverici adlandırıb

Bəşər Əsəd rejiminin süqutu Suriya xalqı üçün qurtuluşdur.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.

“Çoxlu günahsız insanların saxlandığı, işgəncələrə məruz qaldığı və öldürüldüyü Əsəd həbsxanalarından gələn ürəkağrıdan görüntüləri hamımız görmüşük və bu, rejimin əsl siması idi. Buna görə də bir çox suriyalı bu rejimin suqutu ilə birlikdə sevinc içərisindədir”- deyə Leyen bildirib.

O , həmçinin Suriyadakı yeni keçid hökümətinin atdığı ilk addımların bəzilərini ümidverici adlandırıb.

Chosen
12
2
apa.az

3Sources