EN

Kubok oyununda 38 penalti - VİDEO

İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində maraqlı qarşılaşma olub.

İdman.biz xəbər verir ki, "Blekpul" öz meydanında "Aston Villa"nın U-21 komandası ilə qarşılaşıb.

İlk hissədə tamaşaçılar qol görməyiblər. İkinci hissənin lap əvvəlində meydan sahiblərinin 25 yaşlı yarımmüdafiəçisi Eliot Embleton hesabı açıb. Qonaqlar 78-ci dəqiqədə fərqləniblər: 18 yaşlı Camaldin Cimoh status-kvonu bərpa edib.

Ən maraqlısı isə penaltilər seriyasında baş verib. Komandalar qalibi müəyyənləşdirənə kimi 38 penalti zərbəsi yerinə yetiriblər. Rəqiblər hərəyə 19 cəhd edib.

Meydan sahibləri iki, qonaqlar bir penaltini qaçırıb. Sonuncu 38-ci penaltidən 26 yaşlı müdafiəçi Cordan Qabriel fərqlənə bilməyib. Maraqlıdır ki, eyni oyunçu “Blekpul”un 8-ci penaltisini uğurla yerinə yetirib.

"Aston Villa"nın U-21-i penaltilər seriyasında 18:17 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

İdman.biz

Chosen
20
idman.biz

1Sources