EN

Naxçıvan şirkəti KOBİA tərəfindən mükafatlandırılıb

2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə 2024-ci ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə "Dayaq" mükafatları təqdim edilib.

"Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət" nominasiyası üzrə “Dayaq” mükafatı “LG Konserv” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib. Mükafatı Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov şirkət təmsilçisi Seymur Rzalıya təqdim edib. 

Qeyd edək ki, "Dayaq" mükafatı KOBİA tərəfindən 2022-ci ildə təsis edilib. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.

Səbuhi HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri

Chosen
33
xalqqazeti.az

1Sources