EN

İranda enerji çatışmazlığına görə məktəblər bağlandı

İranda soyuq hava, elektrik və qaz təchizatında yaşanan problemlərə görə bir çox əyalətlərdə məktəblər tətilə buraxılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə İranın rəsmi informasiya agentliyi İRNA məlumat yayıb. 

Məlumata görə, enerji çatışmazlığını aradan qaldırmaq üçün bir çox şəhərlərdə məktəblər bağlansa da, bəzi şəhərlərdə təhsil onlayn davam edəcək.

Enerji problemi və soyuq hava ilə əlaqədar Ərdəbil, Qərbi Azərbaycan, Simnan, Gülüstan, Şimali Xorasan, Rəzəvi Xorasan, Mazandaran, Zəncan, Kürdüstan və Kirmanşah əyalətlərində məktəblər bütün təhsil səviyyələri üçün bağlanıb.

Bir çox əyalətlərdə təhsilin dayandırılıb-dayandırılmayacağı ilə bağlı qərarlar müvafiq qurumların iclaslarından sonra açıqlanacaq.

Daha çox yay aylarında rast gəlinən elektrik enerjisinin kəsilməsi bu ilin qış aylarında da özünü göstərib. Ölkənin bir çox şəhərlərində havanın çirklənməsi səbəbindən istilik elektrik stansiyalarında dizel yanacağının istehlakına qadağa qoyulması ilə tələb olunan elektrik enerjisinin miqdarında artım müşahidə olunub.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian başda olmaqla hökumət rəsmiləri vətəndaşları kombilərini 2 dərəcə aşağı rejimdə işlətməyə çağırmışdı.

Billurə Yunus

Chosen
5
olke.az

1Sources