EN

İspaniyada saxta xəbərlərlə mübarizə aparmaq üçün yeni qanun layihəsi hazırlanıb

İspaniyada sosial mediada yayılan saxta xəbərlərlə mübarizə aparmaq üçün yeni qanun layihəsi hazırlanıb.


E-huquq.az yeni qanun layihəsi ilə yalan və ya çaşdırıcı məlumatların ictimaiyyət tərəfindən düzəldilmasinə imkan verəcək. 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, qanun layihəsi ümumilikdə 200 min izləyicisi olan istifadəçiləri əhatə edir.

Beləliklə platformalar vətəndaşların dezinformasiyaya düzəliş tələb etmələrini asanlaşdıran mexanizm təmin etməli olacaqlar.

Ədliyyə naziri Feliks Bolañosqanun layihəsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən qanun layihəsi hökumətin bu il başlatdığı “demokratik yeniləşmə” planının bir hissəsidir.

Planın məqsədi saxta xəbərlərin siyasi məqsədlər üçün istifadə qarşı tədbir görməkdir.

Qanun layihəsi parlamentə təqdim edilməzdən əvvəl məsləhətləşmə prosesindən keçəcək.

Şəbnəm Mehdizadə
Chosen
17
e-huquq.az

1Sources