EN

Ölkəmizdə keçirilən COP29 tədbiri tibb və səhiyyə sistemi üçün bir sınaq idi - Nazirlik rəsmisi

Bakı. Trend:

Son dövrün tələbi səhiyyə sistemlərinin ətraf mühitə daha azzərər verməsi, ekoloji baxımdan çağırışlara hazır olması, ocümlədən iqlim dəyişikliklərinə hazır olan və dayanıqlı səhiyyəsistemlərinin olmasıdır.

Trend xəbər verir ki, bunu“Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” adlıII panelində Azərbaycan Respunlikasının səhiyyə nazirinin müaviniNadir Zeynalov deyib.

O bildirib ki, 2024-cü ildə ölkəmizdə çox müxtəlif hadisələr başverib.

"Onların arasında ən vacibi və ən böyüyü COP29 tədbiri idi. Butədbir ölkəmiz üçün sözün yaxşı mənasında desək, bir sınaq idi. Həmdə tibb, səhiyyə sistemi üçün bir sınaq idi.

Yəqin ki, hamımız çox məmnunuq ki, həm ölkəmiz, həm də səhiyyəsistemimiz bu sınaqdan başıuca çıxa bilib. COP29-un həm konfranskimi nəticələri, həm də təşkilati baxımdan keçirilməsi çox yüksəksəviyyədə idi.

Bu tədbir də səhiyyə idarəçilərinin bir araya gələrək özfikirlərini bölüşməsi üçün bir platformadır. Necə ki, müxtəlif tibbmütəxəssisləri konfranslara, tədbirlərə toplaşıb bir-biri ilə bilikvə bacarıq mübadiləsi aparırlarsa, səhiyyə idarəçilərinin dətoplaşması üçün olan platforma buradır.

Əminəm ki, burada toplaşan həm dövlət, həm özəl tibbmüəssisələrinin rəhbərləri, idarəçiləri öz problemlərini,fəaliyyətlərini bir-biri ilə bölüşəcəklər, nəyi necə etməkmümkündürsə, onu müzakirə edəcəklər və burada təqdim edilənsessiyalardan, müzakirələrdən yararlanacaqlar", - deyə o əlavəedib.

Chosen
23
3
az.trend.az

4Sources