EN

İmtahan vermədən universitetə QƏBUL - "Bu ixtisasları seçsəniz..."

Bir çox hallarda kolleclərə sənəd verən namizədlər bəzən elə ixtisas seçirlər ki, daha sonra subbakalavr kimi bakalavra daxil olmaq istədikdə çətinlik çəkirlər.

 

Bəs görəsən, kollecə qəbul zamanı hansi ixtisasları seçmək lazımdır ki, bakalavra qəbul şansı daha çox olsun?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Hədəf liseyi"nin direktoru, təhsil mütəxəssisi Şəmil Sadiq bildirib ki, subbakalavr kimi universitetə daxil olmaq istəyən namizədlərə kollecə ixtisas seçimi zamanı bank işi, maliyyə, vergi tutma, biznesin idarə olunması, turizim işinin təşkili və s kimi ixtisaslar seçmələri tövsiyə olunur:

151507

“Namizədlər kolleci bitirdikdən sonra subakalavr kimi ali təhsli müəssisələrinə ixtisas seçimində iştirak etmək istəyirlərsə, kollec seçimində I və ya II ixtisas qrupuna uyğun ixtisaslar seçmələri məsləhətlidir.

 

Məlumdur ki, subakalavrlar ali məktəbə imtahansız qəbul zamanı boş qalan plan yerlərinə qəbul olunurlar. Son illərdə III ixtisas qrupunda Sosial iş ixtisası üzrə subakalavrlardan universitetə qəbul aparılmır, çünki orta məktəbi cari ildə bitirən 11-ci siniflər bütün plan yerlərini tam doldururlar. I və II ixtisas qruplarında isə plan  yeri çox olduğu üçün subakalavrın orta balı 85 civarında olduğu zaman normal bir ixtisasa qəbul ala bilir”.

Chosen
38
2
azedu.az

3Sources