EN

Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac etməyə hazır olduqlarını təsdiqləyiblər".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "İnter RAO" İdarə Heyətinin üzvü Aleksandra Panina Bərpaolunan Enerji İnkişafı Assosiasiyasının "Rusiyanın bərpaolunan enerjisi" konfransı çərçivəsində deyib.
"Cavab aldıq. Azərbaycan 250-300 MVt həcmində qəza yardımı göstərə biləcəyini bildirdi", - deyə o qeyd edib.
Panina Azərbaycandan əvvəllər də Rusiyaya elektrik enerjisi tədarükünün həyata keçirildiyini vurğulayıb.
Gürcüstana gəldikdə isə o bildirib ki, Tbilisi konkret vədlər verə bilməsə də, vəziyyətdən asılı olaraq qərar verməyə hazır olduğunu bəyan edib.
"Onlar əvvəlcədən söz verə bilməzlər, lakin vəziyyətdən asılı olaraq qərar verəcəklər", - deyə o izah edib.
Bundan əvvəl Panina bildirmişdi ki, Rusiya qəza rejimləri zamanı elektrik enerjisi tədarükü imkanı ilə bağlı Azərbaycan və Gürcüstana müraciət edib.
Chosen
36
50
oxu.az

10Sources