EN

Azərbaycan həkiminə niyə inam yoxdur? - Həkim DANIŞDI

"Təəssüf ki, vətəndaşların çox böyük əksəriyyəti Azərbaycan həkiminə inanmır".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

O vurğulayıb ki, həkimlər daima öz üzərlərində çalışmalıdırlar:

"Düzdür, Azərbaycan Tibb Universitetinin bütün məzunları dünya səviyyəli həkimlər olmurlar. Həmin həkimlərin hamısına da mütləq şəkildə inanmaq lazım olduğunu demirəm. Əslində, həkim universiteti bitirdikdən sonra da peşəsini mükəmməl bilmək üçün mütləq şəkildə öz üzərində çalışmalıdır. Əgər öz üzərində çalışmasa, elə universitet zamanı oxuduqları ilə kifayətlənsə, heç vaxt kamil həkim ola bilməz". 

364411

Həmsöhbətimiz qeyd edib ki, həkimlik sənəti hər gün yenilənir, hər gün yeni dərman vasitələri, müalicə və əməliyyat metodları meydana çıxır:

"Həkim öz biliyini tibbin gündəlik inkişafı prosesi ilə uyğunlaşdırmalıdır. Azərbaycanda kifayət qədər mükəmməl həkimlərimiz var. Hətta indiki həkimlərimiz 15-20 il əvvəlki həkimlərdən daha təcrübəlidir. Ölkəmizdə yüksək səviyyəli əməliyyatlar da aparıla bilir. Lakin insanlar bəzi əvvəlki həkimlərin səhvlərindən əziyyət çəkiblər. Buna görə də həkimlərimizə qarşı çox böyük narazılıqlar meydana çıxır". 

Rasif Bağırov hesab edir ki, həkimlərə inamsızlığın yaranmasında medianın da təsiri var:

"Həkimlərin səhvləri ilə bağlı mediada kifayət qədər məlumat var. Çünki belə xəbərlər sensasiyalı olur. Bu isə mətbuata sərf etdiyi üçün belə məlumatları axtarırlar. Nəticədə, savadsız həkimlərin əlindən çıxan bəzi işləri tapırlar.

Bəzən savadlı həkimin ehtiyatsızlığından və ya hansısa dərman vasitəsinin yaratdığı fəsadlar da xəbər olur. Yəni həkimin günahı olmasa belə ittiham olunur. Bütün bunların fonunda isə həkimlərimiz haqqında pis fikirlər formalaşır. Bunun kontekstində isə xarici ölkələrdə çalışan həkimlərin təbliğatı yüksək səviyyədə aparılır. Ona görə də çox vaxt Azərbaycan həkimlərinə inanmırlar". 

O sözlərini belə yekunlaşdırıb:

"Azərbaycan həkimləri arasında öz üzərində çalışan, xəstələri razı salan kifayət qədər güclü müalicə aparan həkimlər də var. Lakin əfsuslar olsun ki, vətəndaşlar həmin həkimi tapana qədər yalandan özünü reklam edən ən azı 10 həkimi keçməlidir. Ondan sonra təsadüfən yaxşı həkimə rast gələ bilirlər. Yəni birbaşa olaraq yaxşı həkimi tapmaq çox çətindir".

Pərviz

Chosen
27
hit.az

1Sources