EN

Ölkəyə gətirilən hibrid avtomobillər bahalaşıb  

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan hibrid avtomobillərin sayı və ümumi dəyəri ilə bağlı yeni məlumatlar açıqlanıb. 

Modern.az  Dövlət Gömrük Komitəsinə istinadın xəbər verir ki,  bu dövrdə ölkəyə 600 milyon 760 min dollar dəyərində 22 min 654 ədəd hibrid avtomobil gətirilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də miqdar baxımından əhəmiyyətli artım göstərir.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə hibrid avtomobillərin idxalı 268 milyon 392 min dollar və ya 80,8 faiz  artıb. Miqdar olaraq isə artım 77,7  faiz təşkil edib.  2023-cü ilin 11 ayında  Azərbaycana 12 min 749 ədəd hibrid avtomobil idxal olunmuşdu. Bu artım ölkədə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatını azaldan hibrid avtomobillərə olan tələbin getdikcə artdığını göstərir. Hibrid avtomobillərin səmərəliliyi və az yanacaq sərfiyyatı bu cür nəqliyyat vasitələrinə olan tələbatı artırıb.

2024-cü ilin 11 ayı ərzində Azərbaycanın idxal etdiyi hibrid avtomobillərin orta qiyməti 26 min 519 dollar (45 min 82 manatolub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 449 dollar (763 manat) artım deməkdir. Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında orta qiymət 26 min 70 dollar (44 min 319 manat) idi. B eləliklə  hibrid avtomobillərin idxal qiymətləri bir ildə 1,7 faiz  bahalaşıb.

Mütəxəssislərin fikrincə, bahalaşmaya bir neçə amil səbəb olub. Elektrik batareyaları, xüsusi mühərriklər və digər texnoloji tərkib hissələrinin qiymətinin artması tərəfindən avtomobillərin qiymətinə təsir edir. Bundan əlavə belə avtomobillərə tələbatın artması avtomobillərin qiymətinə birbaşa təsir göstərir.

Azərbaycanın avtomobil bazarında da  hibrid avtomobillərə olan maraq davamlı olaraq artmaqdadır. Hibrid avtomobillərin idxalının artması ölkənin avtomobil parkının modernləşdirilməsinə və yenilənməsinə kömək edir.

Chosen
24
1
modern.az

2Sources