EN

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdə ətin qiyməti xeyli düşəcək

 " Mənə çox gülməli gəlir ki, bəi adamlar çıxışlarında “ quzu əti yeməyin zərərlidir”. "

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu News365.az-a deyib. 

Bayram vaxtlarında tələb təklifi üstələyir, ona görə də qiymət qalxımı mütləq olacaqdır. Azərbaycanda qalxan qiymət bir daha enmir. Bayramdan sonra da tendensiya davam edəcəkdir. Xüsusən ətin qiyməti qalxacaqdır. Mənə çox gülməli gəlir ki, bəi adamlar çıxışlarında “ quzu əti yeməyin zərərlidir” deyirlər. Ət siyasətini müəyyən edən adamlar camaata təbliğ edirlər ki, quzu əti yeməyin, qoyun əti yeyin və.s. İnsanlara bunu demək düzgün deyil. 

E. Hüseynov eyni zamanda ətin qiymətinin düşəcəyindən də danışıb:

"Yaxın 5 ildə Azərbaycan özü-öz ətini təmin edəcəkdir. İşğaldan azad olummuş zonalarda böyük heyvandarlıq təsərüfatları yaranacaqdır. Azərbaycanda ətin qiyməti düşünürəm ki, yaxın 4 ildən sonra xeyli düşəcəkdir. Ətin qiymətinin qalxmasının səbəbi insanların təsərüfat işlərindən imtina etməsi, heyvandarlıqdan uzaqlaşması, yemlərin baha olması və.s. Başqa ölkələrdən də Azərbaycana ət gətirilir. Monqolustandan Azərbaycana yaxşı ət gətirilir. Bunlar ətin qiymətinin sabit saxlanılmasında müəyyən rol oynayır"- deyə bildirib. 

News365.az


Chosen
19
news365.az

1Sources