EN

Kreml: Biz yaxşı bilirik Kirillovun ölüm əmrini kim verib

Kreml rusiyalı general İqor Kirillovun qətli ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, mətbuat katibi Peskov əmri kimin verdiyini bildiklərini və Ukraynanın terror üsullarından istifadə etdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Nüvə, Bioloji və Kimyəvi Mühafizə Qoşunlarının rəisi general-leytenant Kirillov çərşənbə axşamı Moskvada öldürülüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kirillovun öldürülməsini terror hücumu kimi qiymətləndirərək, "Moskvada baş verən terror aktı, Kiyev rejimi yaraqlılarının illərdir təbliğ etdiyi Qərbin hərbi cinayətləri təsdiqləmə spiralının davamıdır"-deyə, bildirib.

Kirillov Rusiyada Ukrayna tərəfindən qətlə yetirilən ən yüksək rütbəli rus hərbi məmurudur.

Aytən Yaşar/ Turkustan.az

Chosen
28
43
turkustan.az

10Sources