EN

Bakıda keçiriləcək din xadimlərinin forumunda müzakirəyə təqdim olunan mövzular açıqlanıb

Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçiriləcək forumda müzakirə ediləcək mövzular açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, tədbirin “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.

Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.

Dekabrın 22-də Forum iştirakçıları Fəxri xiyabanı, Heydər məscidini ziyarət edəcək, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olacaqlar.

Qeyd edək ki, forum dekabr ayının 23-də keçiriləcək.

Chosen
44
34
ikisahil.az

10Sources