ABŞ-ın Virciniya ştatında ov zamanı öldürülən ayı ovçunu öldürüb.
News24.az Lent.az-a istinadla bildirir ki, qəribə təsadüfi ölüm dekabrın 9-da Riçmond və Danville arasında yerləşən Lunenburq qraflığında baş verib.
Digər ovçunun vurduğu ayı 58 yaşlı Lester C. Harveyin üzərinə düşərək onu öldürüb.
Məlumata görə, bir qrup ovçu ayını qovarkən heyvan ağaca dırmaşıb. Qrup ağacdan geri çəkilərkən ovçulardan biri ayını vurub. Heyvan ağacın dibindən təxminən 3 metr aralıda dayanmış başqa ovçunun üzərinə düşüb.
Həmin şəxs Virciniya ştatının Foeniks şəhərindən olan 58 yaşlı Lester C. Harvey olduğunu müəyyən edib. Komanda üzvlərindən biri Harviyə ilkin tibbi yardım göstərib, bundan sonra o, iki müxtəlif xəstəxanaya aparılıb. Vəhşi təbiət idarəsindən verilən məlumata görə, o, cümə günü aldığı xəsarətlərdən ölüb.
Bildirilir ki, mərhum Harveyin beş uşağı və səkkiz nəvəsi olub.