EN

"NATO rəsmiləri artıq Rusiya üçün qanuni hərbi hədəfdir" - Medvedevdən SƏRT MÖVQE

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümü ilə bağlı məşhur nəşrdə dərc edilən məqaləyə reaksiya verib.

 

Sfera.az bildirir ki, o, sözügedən hadisəni “hüquqi akt” adlandıran “The Times” qəzetinin mövqeyini tənqid edib.

 

Medvedev “Teleqram” kanalında yazıb: “Bu məntiq o deməkdir ki, Şimali Atlantika Alyansının Kiyevə hərbi yardım göstərən rəsmiləri Rusiya Federasiyasına qarşı müharibədə iştirak edir. Beləliklə, onlar Rusiya üçün qanuni hədəf sayıla bilər”.

 

O əlavə edib ki, sözügedən rəsmilər indi qanuni hərbi hədəfdir. “Bunlara “The Times” qəzetində qorxaqcasına redaksiya arxasında gizlənən “qoca çaqqallar” da daxil ola bilər.  Bu o deməkdir ki, ehtiyatlı olun! Axı Londonda çox şey olur”, - Medvedev yekunlaşdırıb. 

 

Günay 

Chosen
36
sfera.az

1Sources