EN

Gerasimov: “Dövlətimizin səyləri sayəsində Bakı və İrəvan münasibətlərin normallaşmasına doğru irəliləyir”

Rusiya Zaqafqaziyada konstruktiv tədbirlər görür və əsasən bu səylər sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər.

Herbiand.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.

“Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər görür. Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişi göz qabağındadır”, - Gerasimov bildirib.

Baş Qərargah rəisinin sözlərinə görə, hazırda dövlətlərarası demarkasiya xəttinin ən çətin hissələrindən birinin - Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında demarkasiyası başa çatıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
42
46
herbiand.az

10Sources