EN

Klassik avtomobillər və əşyalar: Evini muzeyə çevirdi - FOTOlar

1965-ci ildə dünyaya gələn türkiyəli Mehmet Nail kiçik yaşlarından nostalji əşyalar toplamağa başlayıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, Nail yaşadığı evin bir otağında ailə ağsaqqallarından və yaxın ətrafından topladığı telefonları, kasetləri, videokasetləri və alətləri toplamağa başlayıb.

19 yaşında universitetdə oxumaq üçün ABŞ-a gedən Nail kolleksiyaçılığa marağını orada da davam etdirib.

2014-cü ildə 30 il yaşadığı Nyu Yorkdan qayıdan iki uşaq atası Mehmet Nail 4 mərtəbəli evini kreslolar, avtomobil aksesuarları da daxil olmaqla minlərlə əşyanın olduğu “həyat muzeyi”nə çevirib. Nailin yaratdığı 'nostalji evi'ndə uşaqlıqda yaşadığı, ailəsindən yadigar olaraq saxladığı xalçadan tutmuş, istidə yediyi yeməyin boşqabına qədər həyatın bütün təfərrüatları var. 

1800-cü illərdən bir piano da daxil olmaqla, günümüzə qədər gəlib çatan əşyaların olduğu evdə 1915-1965-ci illər arasında istehsal olunmuş 12 klassik avtomobil də sərgilənir.

Həmin evdən görüntüləri təqdim edirik:

Günel Məlikzadə

Chosen
30
news24.az

1Sources