EN

“Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusu Daşkəsəndə müzakirə olunub - FOTOLAR

Dekabrın 17-də İnstitutun Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda növbəti maarifləndirici təlimi Daşkəsən rayonunda baş tutub.

QHT.az xəbər verir ki, təlimdə əsas məqsəd regionlarda gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik təsəvvürlərinin genişləndirilməsi, praktiki və hüquqi biliklərin artırılması, eyni zamanda maarifləndirmə işini gücləndirməklə gender mədəniyyətinin inkişaf etdirilməsi olub. Qeyd edilib ki, məlumatlılığın artırılması istiqamətində icra olunan tədbirlər istiqamətində gender əsaslı zorakılığın qarşısını effektiv şəkildə almaq üçün mexanizmlər hazırlanmalı, dövlət qurumları, vətəndaş cəmiyyəti və icma üzvləri ilə birgə işlər görülməlidir. Bu, cəmiyyətdə qabaqlayıcı tədbirlər kontekstində zorakılığın qarşısını effektiv şəkildə almağa, münaqişələrin aradan qaldırılmasına töhfə vermiş olacaqdır.

Təlim iştirakçıları müzakirələrdə fəallıq nümayiş etdirərək, ailələrdə əxlaqi dəyərlər, xüsusilə, gənc nəslə düzgün, tərbiyəvi, mənəvi keyfiyyətləri aşılamaq təklifləri ilə çıxış ediblər.

Ümumilikdə, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən təlimdə İcra Hakimiyyəti nümayəndələri, Mərkəzi Seçki Komissiyasının əməkdaşları, psixoloqlar, müəllimlər, həkimlər olmaqla 19 nəfər yararlanıb və sertifikatla təltif olunub.

Chosen
34
qht.az

1Sources