EN

Sisidən ÇAĞIRIŞ: Qəzzada müharibəni DAYANDIRIN

Misir prezidenti Əbdülfəttah əs-Sisi Cənubi Kipr Rum Administrasiyasının  lideri Nikos Hristodulidis ilə telefonla danışıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, zəng zamanı Sisi İsrailin 14 aydan artıqdır bombardman etdiyi Qəzza zolağında atəşkəsin yaradılmalı olduğu, əsirlərin qarşılıqlı geri qaytarılmasının vacib hesab edildiyini və heç bir ilkin şərt olmadan bölgəyə humanitar yardımlar daxil olmalı olduğunu bəyan edib.

Qeyd edək ki, Misir mediası Qahirə və Doha rəsmilərinin Qəzza zolağında atəşkəs razılaşması əldə etmək üçün intensiv səylər göstərdiyini açıqlayıb.

HƏMAS Hərəkatı verdiyi yazılı açıqlamada bu gün Qətərdə atəşkəs üçün ciddi və müsbət danışıqların aparıldığını, İsrailin yeni şərtlər irəli sürməyi dayandıracağı təqdirdə razılığın əldə oluna biləcəyini bildirib. 

Chosen
11
1
news365.az

2Sources