EN

Ukrayna Avropa Komissiyasından 4,1 milyard avro dəyərində tranş alıb

Ukrayna “Ukraine Facility” proqramı çərçivəsində Avropa Komissiyasından 4,1 milyard avro tranş alıb. Bununla da 2024-cü ildə yardımın ümumi məbləği 16,1 milyard avroya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Bu dəstək Ukraynanın korrupsiya ilə mübarizədən tutmuş enerji və ətraf mühitin mühafizəsinə qədər “Ukrayna Planı”nda qeyd olunan əsas islahatlar üzrə əhəmiyyətli irəliləyişini əks etdirir”, deyə Şmıqal əlavə edib.

Onun sözlərinə görə, Aİ-nin 2027-ci ilə qədər 50 milyard avro dəyərində yardıma sadiq qalması Ukraynanın dayanıqlığını gücləndirir və Ukraynanı Aİ-yə üzvlük yolunda irəlilədir.

Qeyd edək ki, 2024-cü ilin fevralında Avropa Parlamenti “Ukrayna Facility” proqramının reqlamentini təsdiqləyib. Aİ-nin Ukraynaya 50 milyard avro dəyərində dəstək proqramı 2024-2027-ci illəri əhatə edəcək. Bu məbləğin 32 milyard avroya qədəri “Ukrayna Planı”nda nəzərdə tutulan islahatların və investisiyaların dəstəklənməsi üçün ayrılıb, ona görə ödənişlər müəyyən hədəflərə nail olmaq şərti ilə həyata keçiriləcək.

Chosen
22
1
yeniazerbaycan.com

2Sources