EN

Özbəkistandan Rusiyaya cavab: Generalı öldürən şəxs...

Rusiya Kimyəvi, Bioloji və Radioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun qətli ilə bağlı saxlanılan Özbəkistan vətəndaşının terrorçularla heç bir əlaqəsi olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin yaydığı məlumata əsasən, Kirilovun qətli ilə əlaqədar saxlanılan Özbəkistan vətəndaşının terrorçularla əlaqəsi yoxdur.

Özbəkistan tərəfi bildirib ki, məsələni diqqətdə saxlayır.

Xatırladaq ki, qətl dünən paytaxt Moskvada baş verib. Hadisədən bir gün sonra qətli törətməkdə şübhəli bilinən bir Özbəkistan vətəndaşı saxlanılıb. Onun Ukrayna kəşfiyyatına bağlı olduğu bildirilir.


Müəllif: Qənirə Süleymanova
Chosen
49
16
teleqraf.com

10Sources