EN

Reşford "Mançester Yunayted"dən ayrılacağını açıqlayıb

Markus Raşford "Mançester Yunayted"i tərk edəcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, 27 yaşlı forvard onuncu mövsümünü keçirdiyi klubdan ayrılacaq.

Markus yeni çağırışa və növbəti addımlara hazır olduğunu bildirib: "Klubdan ayrılanda heç bir inciklik olmayacaq. Məndən “Mançester Yunayted”lə bağlı və ya buna bənzər heç bir mənfi rəy almayacaqsınız. Belə bir insanam. Vəziyyətin onsuz da pis olduğunu biləndə onu daha da ağırlaşdırmamağa çalışıram. Keçmişdə başqa oyunçuların necə getdiklərini görmüşəm və onlar kimi olmaq istəmirəm".

Futbolçu əlavə edib ki, hazırda karyera yolunun yarısındadır: "Premyer Liqada tam doqquz il keçirmişəm və bu mənə çox şey öyrədib, həm oyunçu, həm də bir insan kimi böyüməyə kömək edib. Bu illər ərzində baş verənlərə görə peşman deyiləm və gələcəkdə də peşman olmayacağam. İndiki zamanla yaşayıram. Bəzən pis şeylər olur, bəzən yaxşı şeylər. Amma nə olursa olsun, tarazlığı qorumağa çalışıram. Ən yaxşısı hələ qarşıdadır? - 100 faiz. Mənim mentalitetim belədir”.

İdman.biz

Chosen
25
idman.biz

1Sources