EN

“Unical Pharma” MMC - MƏHKƏMƏYƏ VERİLDİ

“Unical Pharma” MMC gömrük qaydaları əleyhinə olan ( Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) inzibati xəta püzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə görə  bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.

Chosen
39
fed.az

1Sources