EN

"Şəki" Azərbaycan Basketbol Liqasında "Ordu"nu məğlub edib

"Şəki" Azərbaycan Basketbol Liqasının VII turunda "Ordu"nu məğlub edib. SİA-nın məlumatına görə, B qrupunun matçı bölgə təmsilçisinin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Şəki" ikinci pilləyə yüksəlib. 11 xala malik "Ordu" üçüncüdür.

Günün ilk matçında "Gəncə" səfərdə "Quba"nı məyus edib - 95:78. A qrupunda "Abşeron" - "Sərhədçi" görüşü saat 18:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələyib.

Chosen
6
sia.az

1Sources