EN

Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq


Somnoloqlar gecə yuxusu almayan, sutkada 8 saat yatmayan insanın xarici görünüşü və bədəninin 20 il ərzində necə bərbad hala düşməsinin modelini hazırlayıblar.


“Medicina” xəbər verir ki, statistika göstərir ki, insanlar yuxuda cəmi 4-5 saat vaxt keçirir, müasir gənclik gecə 2-dən sonra yatağa gedir.

Belə gecə istirahətində beyin və bədən bərpa olmağa vaxt tapmır, resursunu itirir. Xarici görünüş və dəri sıradan çıxır.

Britaniyalı somnoloq Sofi Bostok gələcək zumer və millenialların 20 il sonra necə görünəcəyini kompüter modeli ilə göstərib.

Bu qadındır, Hanna karyeristdir, bu gün o, gecələr saat 2-də yatır və səhər tezdən işə gedir. Yuxu onun üçün vaxt itkisidir.

20 il sonra onun bədəni yuxu çatışmazlığından xroniki stresdən bu vəziyyətə düşəcək.

Belə ki, Hannın qaməti əyilib, saçları,dərisi quru, zəifdir, gözlərinin altı torbalanıb, keçəlləşmə yaranıb.

İnsanlar çox vaxt gələcəyi görə bilmir, amma əgər siz yatmırsızsa 20 ilə bu görünüşə sahib olacaqsız və bu hamısı deyil: xroniki yuxusuzluq beyinin, ürəyin işini də pozacaq.

Aygün Musayeva




Chosen
34
8
medicina.az

9Sources