EN

“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Astara Terminal" MMC-nin adı "Cənub Yük Terminalı"na dəyişdirilib.

Modern.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, ADY sözügedən şirkəti 2020-ci ildə yaradıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İranın inşa etdiyi Astara terminalında yükaşırma əməliyyatları aparır. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km məsafədə yerləşir.

Chosen
52
50
modern.az

10Sources