EN

İsveçrə parlamentindən absurd qərar - “Bakı Dağlıq Qarabağla dialoq qursun”...

Image

Bəhruz Quliyev: “Bu o deməkdir ki, İsveçrədə erməni lobbiçiliyi güclü fəaliyyətdədir və...”

İsveçrədən Azərbaycanla bağlı qərəzli addım. İsveçrə parlamentinin aşağı palatası “Dağlıq Qarabağ: Sülh Konfransı” adlı qətnaməni müzakirə edərək qəbul edib. Qətnamənin müəllifi deputat Erix Fontobeldir. Müzakirələrdə bu ölkənin xarici işlər naziri İqnasio Kassis də iştirak edib. 

Qətnaməyə 96 nəfər lehinə, 80 nəfər əleyhinə səs verib, 16 nəfər isə bitərəf qalıb. Ölkə parlamentinin aşağı palatası gələn il Qarabağ üzrə beynəlxalq sülh forumunun təşkilinə dair Federal Şuraya çağırış edib. Qətnamə İsveçrə hökumətini Azərbaycan və “Dağlıq Qarabağ” erməniləri arasında beynəlxalq nəzarət altında onların təhlükəsizliyini və kollektiv qayıdış hüququnu müzakirə etmək məqsədilə açıq dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumunu çağırmağa çağırır.

Bu ölkə iki əsrdir neytral ölkə statusundadır, özünü bitərəf ölkə hesab edir, o biri tərəfdən separatçıları himayə edən qətnamə qəbul edir. Göründüyü kimi, dünyada özünü əbədi bitərəf ölkə sayan İsveçrə də erməni məsələsinə gələndə tərəf saxlayır. Bu necə olur?

“Onlar dərk etmirlər ki, Azərbaycandan ermənilər heç vaxt güc yolu ilə çıxarılmayıb”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, İsveçrə parlamentinin qərarı qəbuledilməzdir: “İlk növbədə qeyd edim ki, İsveçrə ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Bu o deməkdir ki, həm iqtisadi, həm də siyasi, ticari, diplomatik sahədə ciddi əməkdaşlıq mövcuddur. Bu gün əgər İsveçrə parlamentinin aşağı palatasında  “Dağlıq Qarabağ: Sülh Konfransı” adlı qətnamə qəbul edilibsə, deməli, iki ölkə arasında münasibətlərə yenidən baxılmasına ehtiyac yaranıb. Təəssüf ki, həmin müzakirədə hətta bu ölkənin xarici işlər naziri İqnasio Kassis də iştirak edib. Bu o deməkdir ki, İsveçrədə erməni lobbiçiliyi güclü fəaliyyətdədir və hətta dövlət idarəçiliyinə, eləcə də parlamentə təsir etmək gücündədir. Qətnamənin məzmunu, guya ki, Qarabağa ermənilərin yenidən qaytarılmasıdır. Ancaq onlar dərk etmirlər ki, Azərbaycandan ermənilər heç vaxt güc yolu ilə çıxarılmayıb. Bu gün də müxtəlif etniklər kimi yaşayırlar. Son hadisələr fonunda isə onlara deyildi ki,  Qarabağda qaldıqları təqdirdə Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edə biləcəklər. Təəssüflər olsun ki, İsveçrədə müzakirələrdə bu nüanslar nəzərə alınmayıb. O baxımdan hesab edirəm ki, qəbul etdikləri qətnamə də qərəzlidir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, İsveçrə parlamentinə xatırlatmaq və mövcud reallığı göstərmək lazımdır. O mənada ki, müxtəlif dövrlərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandan çıxarılmış soydaşlarımızın öz ata-baba yurduna dönmələri ilə bağlı da qətnamə qəbul etsinlər. Bütün bu deyilənlərin fonunda, müxtəlif ölkələrdən bu cür ermənipərəst münasibətlər regionda sülhü gecikdirir”.

Vidadi ORDAHALLI





Chosen
32
baki-xeber.com

1Sources