EN

Vuçiç: "Serbiya NATO ilə əməkdaşlıq edəcək, amma..."

"Serbiya hərbi neytrallığı qoruyaraq NATO ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək". 

HİT.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç NATO-nun birgə qüvvələrinin komandanı admiral Stüart Munkla görüşdən sonra deyib.

Görüş zamanı tərəflər təhlükəsizlik vəziyyətini, Belqrad və Şimali Atlantika Alyansının strukturları arasında ilk növbədə təlim, təhsil və birgə təlimlər sahəsində əməkdaşlığı müzakirə ediblər.

"Admiral Stüart Munka görüşdə biz Serbiya və NATO arasında münasibətlərin əsas məsələlərini müzakirə etdik. Serbiyanın hərbi neytrallıq siyasəti güclü olaraq qalır, lakin biz regionda sabitliyi və təhlükəsizliyi qorumaq üçün gələcək əməkdaşlığa açığıq", deyə Vuçiç bildirib.

Serbiya prezidenti NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində sabit əməkdaşlığa diqqət çəkib və bütün növ qarşılıqlı fəaliyyətin inkişafına hazır olduğunu vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, Belqrad bundan sonra da milli maraqları müdafiə edəcək.

"Serbiya bütün tərəfdaşları ilə qarşılıqlı hörmət və bərabərlik prinsipi çərçivəsində əməkdaşlığa sadiqdir və regionda sülh və sabitliyə xələl gətirə biləcək hər cür birtərəfli addımlara qarşı çıxmağa davam edəcək", deyə o vurğulayıb.

Samir
 

Chosen
22
1
hit.az

2Sources