EN

Gerasimov Ermənistanla bağlı açıqlama verdi

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Baş Qərargahının rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə Qafqazda vəziyyətin gərgin olduğunu, Qərbin Ermənistanı öz təsir zonasına çəkməyə çalışdığını söyləyib. 

Gerasimov deyib: "Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Region xaricindəki fiqurların, ilk növbədə ABŞ ilə Avropa İttifaqının buradakı mövqelərini möhkəmləndirmək, Gürcüstanı əldə saxlamaq, Ermənistanı öz təsir dairəsinə çəkmək səyləri bölgənin inkişafına destruktiv təsir göstərir. 

Qərb Gürcüstanda etiraz aksiyalarını maliyyələşdirmək və idarə etməklə sabitliyi pozmağa çlışır. Ölkəni Ukrayna ssenarisi üzrə fəal antirusiya addımlarına çəkməkdə maraqlı olmaları bu cəhdlərdən aydın görünür".

Hürr Tərcüman

 

Chosen
46
46
hurriyyet.az

10Sources