EN

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir Sahibə Qafarova

illi Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, mətbuat konfransında çıxış edən Numan Kurtulmuş bu səfərin parlamentlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri, həmçinin ölkələrimizin liderliyi ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edib. O, Azərbaycanın bu istiqamətdə atdığı addımları tarixi addımlar kimi qiymətləndirib.

N.Kurtulmuş Vətən müharibəsində və antiterror əməliyyatları nəticəsində qazanılan tarixi zəfərlərdən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar yarandığını deyib, Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə çıxışında hər səfərində qardaş Türkiyənin daha da tərəqqisinin şahidi olduğunu deyib. O, qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər qazandığını, artıq qlobal miqyasda gedən proseslərə təsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.

Bildirilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə yüksəlib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə genişlənməkdədir. Parlament sədrləri qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür və müzakirələr aparırlar. Dostluq qrupları sıx dialoq içərisindədir.

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatlarının da mövcud olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, beynəlxalq platformalarda, parlament təşkilatlarında qarşılıqlı dəstək yüksək səviyyədədir. Parlamentlərimiz də Türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışır. (azərtag)

Chosen
32
26
xezerxeber.az

10Sources