EN

Azərbaycanlı fəallar niyə Gürcüstandan sığınacaq istəyir? Gürcüstan niyə rədd edir?

Məqalə barədə məlumatMüəllif, Fərid HəsənovVəzifə, BBC Azərbaycanca

Gürcüstanda həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova iddia edir ki, Azərbaycanda yaşayanda telefon zəngləri vasitəsilə təhdid olunub və ona həyat yoldaşının "qırmızı xətti" keçdiyinə dair xəbərdarlıq ediblər.

"Məni təhdid edirdilər ki, bilirsən də, yoldaşının qırmızı xətti keçməsi hara aparıb çıxarır? Uşaqlarımız da bu təhdidlərin qorxusu ilə yaşayırdılar. Qorxurdum ki, birdən yenə Əfqanı həbs edərlər, ona görə də Azərbaycandan çıxdıq", hazırda Gürcüstanda həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova deyir.

Gürcüstan Əfqan Sadıqovun siyasi sığınacaq istəyini rədd edib və Bakıya ekstradisiya olunacaq.

Öz yazılarında və çıxışlarında Azərbaycan hökumətinə və hakim ailəyə qarşı tənqidlər səsləndirən Azel TV internet kanalının qurucusu jurnalist Əfqan Sadıqov ailəsi ilə birlikdə 2023-cü ildə ölkəni tərk edib.

Lakin Sadıqovlar Azərbaycanı tərk edən və rədd cavabı alan yeganə ailə deyil.

Bu həftə Gürcüstan hökuməti həbs edilmiş azərbaycanlı siyasi fəal Samir Aşurovun ailəsinin siyasi sığınacaq müraciətini də ləğv edib. Aşurovun həyat yoldaşı və iki azyaşlı uşağı 2023-cü ilin yayından bəri Gürcüstandadadırlar. Onlar Azərbaycanda həyatlarına təhlükə olduğunu əsas gətirərək, Gürcüstandan sığınacaq istəməyə qərar veriblər.

Samir Aşurov Azərbaycana Almaniyadan deportasiya olunub. 20 gün sonra o, Bakıda həbs olunaraq, 6.5 il həbsə məhkum edilib. Müdafiəçiləri ona qarşı ittihamların "uydurma olduğun" bildirir və onu "siyasi məhbus" hesab edirlər.

Gürcüstan bundan əvvəl Azərbaycandan olan jurnalist Əfqan Sadıqova da siyasi sığınacaq verməyib və o da, Bakıya ekstradisiya olunacaq.

Son 10 il ərzində çox sayda azərbaycanlı ictimai fəalın, jurnalist və hökumət tənqidçilərinin Azərbaycanı tərk edərək müxtəlif ölkələrə getdiyi müşahidə olunur.

Onların demək olar ki, hamısı ilk olaraq Gürcüstana, daha sonra çox az qismi üçüncü ölkəyə gedib.

Bəs ictimai fəallar, araşdırmaçı jurnalistlər, eləcə də hökumət tənqidçiləri ölkəni niyə tərk edirlər? Onlar niyə Gürcüstana üz tutur? Gürcüstan onlar üçün nə dərəcədə təhlükəsizdir? BBC Azərbaycanca onların bir neçəsi ilə söhbət edib və bu suallara cavab tapmağa çalışıb.

Hökumət tənqidçiləri Azərbaycanı niyə tərk edir?İlham

Şəklin mənbəyi, Getty Images

Chosen
23
bbc.com

1Sources