EN

İcbari tibbi sığortanın tətbiqi ölkədə cibdən ödənişlərin azalmasına səbəb olub -Dövlət Agentliyi

İcbari tibbi sığortanın tətbiqi ölkədə cibdən ödənişlərin azalmasına səbəb olub.

Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi Təhlil Departamentinin rəhbəri Ramil Muxtarzadə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” çərçivəsində keçirilən paneldə məlumat verib.

Onun sözlərinə görə, cibdən ödənişlərin azaldılması istiqamətində əlavə tədbirlər görülür:
“Cibdən ödənişlərin əhəmiyyətli hissəsi dərman vasitələrinə sərf olunur. Buna görə, gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi planlaşdırılır. Hazırda bu qərarın tətbiqi üçün müvafiq qaydalar hazırlanır,” – deyə o bildirib.

Chosen
26
fins.az

1Sources