EN

Zelenski bir daha səhnədə insanları güldürə biləcəkmi?

Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, gələcəkdə yenidən komediyaçı olmaq üçün şou-biznesə qayıda bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda "Le Parisien"dən olan jurnalistin sualını cavablandıran zaman danışıb.

Belə ki, dövlət başçısına sual verilib ki, o, keçmişdə bacardığı kimi, bir daha səhnədə insanları güldürə biləcəkmi? Zelenski bu suala cavab vermənin çətin olduğunu bildirib.

"Düzünü desəm, bilmirəm. Ümumiyyətlə bu, daxilində hansı insanın olmasından asılıdır. Bu müharibə hamımıza təsir edir. Əgər daxilimdə olanı itirməsəm, kim bilir, bəlkə də", - Zelenski deyib.

Milli.Az

Chosen
48
39
milli.az

10Sources