Çin öz nüvə qüvvələrini artırır və Rusiya ilə əlaqələri gücləndirir.
Sfera.az xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmi hesabatında yer alıb.
Sənəddə Çinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dəstəklədiyi və ona həm dinc, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı mallar satdığı bildirilir.
Pentaqonun hesabatına görə, 2024-cü ilin may ayına olan məlumata görə, Çində 600-dən çox nüvə başlığı var. ABŞ 2030-cu ilə qədər onların mindən çox olacağını gözləyir. Bundan əlavə, departament Çinin "ABŞ standartlarına sürətlə yaxınlaşan" pilotsuz uçuş aparatlarını modernləşdirdiyini bildirib.
Bundan əvvəl Fox News xəbər vermişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “gözlənilən ticarət müharibəsi ərəfəsində dostluq jesti” göstərib və Çin prezidenti Si Cinpini inauqurasiya mərasiminə dəvət etməklə “Çini təəccübləndirib”.
İnci