EN

Amorim Raşfordu yenə səfərə aparmadı

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın cinah hücumçusu Markus Raşfordu İngiltərə Liqa Kubokunun 1/4 final matçına - "Tottenhem"lə səfər oyununa aparmayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Manchester Evening News" yayıb.

Mənbə Alexandro Qarnaçonun Mançesterdən yola düşən futbolçular arasında olduğunu, Raşfordun isə gözə dəymədiyini vurğulayıb.

Amorim Raşfordla Qarnaçonun adlarını İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan qarşılaşmanın - əzəli rəqib "Mançester Siti"ni qonaq qismində 2:1 hesabı ilə yendikləri oyunun iştirak ərizəsinə salmamışdı.

Qarnaço cari mövsüm MY forması ilə bütün turnirlərdə çıxdığı 24 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Raşford isə 24 görüşdə 8 qol, 3 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Chosen
6
fanat.az

1Sources