EN

Yeni Ramana qəsəbəsində sakinləri yolun hər iki tərəfi su olduğu üçün maşın yolu ilə hərəkət edirlər VİDEO

Yolun əsas hissəsində maşınlarla bərabər insanlar da hərəkət edir.

Xezerxeber.az xəbər verir ki, buna səbəb isə piyadaların hərəkəti üçün olan hissənin suya qərq olmasıdır.

Bura Sabunçu rayonu, Yeni Ramana qəsəbəsidir. Sakinlərin sözlərinə görə, artıq 2 aya taxındır ki, yol bu vəziyyətdədir. Suyun bura hardan, necə toplandığını isə bilən yoxdur.

Yolun çirkaba qərq olması da buradan mütəmadi istifadə edənlərin haqlı narazılığına səbəb olub.

Sakinlər deyir ki, vəziyyətlə bağlı dəfələrlə aidyyatı üzrə mürəciət etsələrdə amma vəziyyət dəyişməz olaraq qalıb. Biz də məsələ ilə bağlı öncə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qrumdan bildirtildi ki, ərazi üszrə baxış keçiriblər və suyun hansı səbəbdən ora toplanması onların öhdəliyində olmayan bir problemdir.

Sabunçu rayon icra hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, Ramana qəsəbəsinin Şuşa küçəsində yol kənarında yığılmış suların hər hansı bir istiqamətdə ötürülməsi üçün şəbəkə olmadığından aramsız yağıntılardan sonra suların yığılması ilə müşahidə olunan vəziyyət yaranır. Mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması aidiyyəti üzrə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir.

Bununla bağlı müvafiq olaraq müraciət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
58
xezerxeber.az

1Sources