Hökumətin Avrointeqrasiya prosesini dayandırmaq qərarı ilə bağlı etirazların 21-ci günü yenidən Tbilisidə nümayişlər keçirilib.
Bizim.Media xəbər verir ki, Gürcüstanın TG kanallarının məlumatına görə, nümayişçilər yuxarıda qeyd olunan səbəblə yanaşı, təkrar parlament seçkilərinin keçirilməsini və aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edirlər.
Müxtəlif fəaliyyət sahələrinin nümayəndələri Tbilisinin küçələri ilə yürüş ediblər. Hazırda Gürcüstanın paytaxtında parlament binası qarşısına etirazçılar toplaşıblar.
Bizim.Media