EN

Bəh-bəhlə yediyimiz bu pendirlər  xərçəng yaradır

Bəh-bəhlə

Səhər yeməyində ləzzətlə yediyimiz və çörəyə səpdiyimiz qaymaqlı pendir üzərində aparılan araşdırmalar onun sağlamlığa zərərli olduğunu ortaya çıxarıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislərin üzərində apardığı araşdırmalara görə, krem ​​pendirin sağlamlıq üçün ciddi riskləri varmış.

Çörək və xəmirlərin üzərinə yayılan pendir, pendir istehlakına fərqli baxış bucağı verən qida məhsulları olduğu üçün bir çox insan tərəfindən zövqlə istehlak edilir. Səhər yeməyi süfrələrinə rəng qatan bu məhsullara tez-tez üstünlük verilir.

Araşdırmalara görə, qaymaqlı pendir kimi yayıla bilən pendirlərin istehlakı xüsusilə qadınlarda ciddi sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər tərəfindən tövsiyə edilməyən istehlak məhsulu olan qaymaqlı pendirin insan sağlamlığına zərərləri aşağıdakılardır:

Xərçəng riskini artırır. "Roswell Park" Xərçəng İnstitutu tərəfindən aparılan araşdırmada 11 il ərzində 3000-dən çox qadının süd məhsulları istehlakı izlənilib.

Müşahidələr nəticəsində qaymaqlı pendir və çedar pendiri istehlakının qadınlarda döş xərçəngi riskini 53 faiz artırdığı qənaətinə gəlinib.

Süd məhsullarında IGF-1 adlı böyümə hormonu var.

Digər tərəfdən qatıq qəbul edən qadınlarda döş xərçəngi riskinin yüzdə 39 azaldığı müşahidə edilib. Ümumiyyətlə süd və süd məhsullarının düzgün və sağlam istehlakının xərçəng riskinə ciddi təsir göstərdiyi sübut edilmişdir. (turkustan.az)

E-saglam.az

Chosen
45
1
e-saglam.az

2Sources