EN

“Muzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri barədə məlumat” bölməsi 3 hissədən ibarətdir

“Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, bəyannamənin (hesabatın) aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri, vergi ödəyicisinin qrupu), fəaliyyət növünün kodu, bəyannamənin (hesabatın) növü və digər məlumatlar əks olunur.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

“Muzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri barədə məlumat” bölməsi aşağıdakı 3 hissədən ibarətdir:

–  “Hissə 1” – Rübün müvafiq aylarında işçilərin ümumi sayı və faktiki işə cəlb olunan işçilərin sayı barədə məlumatlar öz əksini tapır;

– “Hissə 2”- Rübün müvafiq aylarında ümumi gəlirlər, o cümlədən əmək haqqı və digər gəlirlər, istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğləri və həyatın yığım sığortasına cəlb olunmuş məbləğlər barədə məlumatlar öz əksini tapır;

– “Hissə 3” – Rübün müvafiq aylarında vergilər üzrə güzəşt və azadolmalar, eləcə də məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər barədə məlumatlar öz əksini tapır.

Chosen
21
heftelik.az

1Sources