EN

Roman Qriqorçukun yeni iş yeri bilindi

“Neftçi”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk yeni iş yeri bəlli olub.

"Operativ Media" xəbər verir ki, 59 yaşlı mütəxəssis karyerasını öz ölkəsində davam etdirəcək.

Təcrübəli çalışdırıcı Ukrayna Premyer Liqasında çıxış edən LNZ klubu ilə razılığa gəlib. Çerkasi təmsilçisi bu barədə rəsmi saytında məlumat yayıb.

Qriqorçuk, bir neçə gün əvvəl istefaya göndərilən ispaniyalı Andres Karraskonu əvəz edəcək. Komandanın son çempionat oyununa müvəqqəti olaraq Andrey Dikan rəhbərlik etmişdi.

Xatırladaq ki, Roman Qriqorçuk “Neftçi” klubundan bu ilin oktyabr ayında ayrılmışdı.

Chosen
39
operativmedia.az

1Sources