EN

Müdafiə Nazirliyi ATACMS raketlərinin çata biləcəyi bölgələri göstərib

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna verilən uzaqmənzilli silahların ölkənin hansı ərazilərinin əlçatan olduğunu nümayiş etdirib. Bu məlumatları Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə təqdim edib.

Verilən məlumata görə, ATACMS, “Storm Shadow” və “Scalp-EG” raketləri ilk növbədə Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətləri, Krım Respublikası, qismən də Krasnodar diyarı, Volqoqrad vilayəti, Mərkəzi Federal Dairənin bölgələrindəki hədəfləri vura bilir. Bundan əlavə Bryansk, Oryol, Kursk, Belqorod və Voronej bölgələri və qismən Tambov, Smolensk və Kaluqa bölgələri də adı çəkilən raketlərin hücumuna məruz qala bilər.

Bundan əlavə, Şimali Qafqazın bir neçə regionu, Cənubi və Volqa Federal Dairələri 1 min km uçuş məsafəsi olan Tekever AR3 pilotsuz uçuş aparatının hədəfi daxilindədir.

Oxuməni.az

Chosen
38
oxumeni.az

1Sources